. Love.az

Vikipediya Bilirsinizmi 13 Hefte 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 13 Hefte 2018

Vikipediya məqalələrindən

Neçke (katabori)
Neçke (katabori)
  • Azərbaycanda baletin yaranma tarixi 1940-cı ildən – Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baletinin səhnələşdirildiyi tarixdən hesablansa da, 1923-cü ildə Bakıda özəl balet studiyasının fəaliyyət göstərdiyi məlumdur.
  • Yapon dekorativ-təsviri sənətinə aid miniatür netsuke (şəkildə) heykəlcikləri əvvəllər ənənəvi yapon geyimi olan kimono və cibsiz kosode geyimində asma brelok kimi istifadə olunurdu.
  • Con Simmons tərəfindən akvarel təsvir texnikası ilə 1870-ci ildə çəkilmiş Hermiya və Lisandr rəsm əsəri Uilyam Şekspirin komediya tamaşası olan "Yay gecəsində yuxu"nun ikinci səhnəsinin ikinci hissəsindəki səhnəyə əsaslanır.
  • Taybey şəhərində yerləşən Taybey 101 göydələni Bürc Xəlifə və Əbrəc Əlbeyt Qüllələrindən sonra hündürlüyünə görə dünyada üçüncü yeri tutur.
  • Bosniya və Herseqovinada yerləşən Kozara Milli Parkı sıx meşə örtüyünə və təpəli çəmənliklərinə görə "Kraynanın Yaşıl Gözəli" ləqəbini qazanmışdır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/13._Həftə_2018&oldid=4264853"
LOVE.AZ