. Love.az

Vikipediya Bilirsinizmi 13 Hefte 2024 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 13 Hefte 2024

Vikipediya məqalələrindən

  • Şotland mühəndis Riçard Henri Branton (şəkildə) 1868–1876-cı illərdə Yaponiyadakı ilk müasir mayakları tikdirdiyi üçün "Yaponiya mayaklarının atası" kimi, tikdirdiyi mayaklar isə "Brantonun uşaqları" kimi tanınır.
  • Bakı şəhərində yerləşən Şanxay qəsəbəsi öz adını Hacı Salman adlı yerli sakinin Çinin Şanxay şəhərinə səyahət etməsi səbəbilə almışdır.
  • İslandiyanın buzlaq statusunu itirmiş ilk buzlağı, 2014-cü ildə "ölü buzlaq" elan olunmuş Okyyokyudl haqqında 2018-ci ildə "Ok deyil" adlı sənədli film çəkilmişdir.
  • Yerli əfsanələrdə Nuh peyğəmbərin Naxçıvanda duz mədənində ilk çalışanlardan biri olduğu və şəhər əhalisinə duz çıxartmağı öyrətdiyi qeyd olunduğu üçün Naxçıvan Duz Muzeyinin mərkəzində Nuh peyğəmbərin heykəli qoyulmuşdur.
  • Volapük dili ilə tanış olmuş ilk yapon şəxs və Yaponiyanın ilk esperantoçusu hesab olunan Oka Asaciro həmin dillərdən təsirlənərək öz süni dilini – zilenqo dilini yaratmışdır.
Arxiv – Digərləri...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/13._Həftə_2024&oldid=7541133"
LOVE.AZ