Qadınların futbol oynayarkən hicabgeyinməsi üçün qadağa 2007-ci ildə İFAB təşkilatına təqdim olunmuşdur, lakin İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin təzyiqlərindən sonra 2012-ci ildə aradan qaldırılmışdır.
İsveçrəninBern şəhərinin mərkəzində yerləşən ən mühüm orta əsr qüllələrindən biri olan Sitqlogge (şəkildə) 1218–20-ci illər arasında inşa edilən zaman, Bernin qərb istehkamlarının darvaza qalası funksiyasını yerinə yetirmişdir.
Brayan Selznikin Hüqo Kabrenin ixtirası kitabının motivləri əsasında çəkilmiş Hüqo filmi ən yaxşı rejissor işinə görə Qızıl Qlobus mükafatının sahibi olmuşdur
Yaponiyada atom müharibəsi əleyhdarlarının simvoluna çevrilmiş Sadako Sasakinin şərəfinə 6 avqust 1995-ci ildə Xirosimanın atom bombardmanının 50 illiyi münasibətilə Sadako Sülh Bağı açılmışdır.