. Love.az

Vikipediya Bilirsinizmi 20 Hefte 2017 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 20 Hefte 2017

Vikipediya məqalələrindən

Sati ritualı.
Sati ritualı.
  • Hinduizm dinində olan Sati ritualına (şəkildə) görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.
  • Səfəvilər dövlətinin II şahı və Şah İsmayılın oğlu I Təhmasibin ikinci xanımı Sultan Ağa xanım əslən çərkəz olmuşdur.
  • Find a Grave saytı məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası hesab olunur.
  • Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan Qlaukoma xəstəliyinin daşıyıcılarının sayı 45 milyon nəfərdən çoxdur.
  • Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən olan Abbas Atamalıbəyov 1948-1966-cı illərdə Türkiyənin Çilidəki səfirliyində katib vəzifəsində çalışıb.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/20._Həftə_2017&oldid=3930540"
LOVE.AZ