. Love.az

Vikipediya Bilirsinizmi 23 Hefte 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 23 Hefte 2015

Vikipediya məqalələrindən

  • Qədim Azərbaycan rəqslərindən biri olan Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Meşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilmişdir.
  • Malayziyanın Kedah ştatında yerləşən və dünyanın ən yaxşı 10 ən gözəl məscidlərindən biri olan Zahir məscidində (şəkildə) hər il Quran hafizlərinin festivalı keçirilir.
  • Pasxa adasında kəşf edilən daş üzərindəki yazılmış işarələrdən ibarət sistem Ronqoronqonun Rapanui dilinə aid olması fərz edilir.
  • Sankt-Peterburqun mərkəzində yerləşən Rostral sütun XIX əsrdə Rusiyanın şimal paytaxtının liman mayakı kimi istifadə olunmuşdur.
  • Vatikandakı Müqəddəs Pyotr bazilikasında saxlanılan məşhur Pyeta heykəli Romada təmsilçi olan Fransız kardinal Jan Bilyer de Laqraulasın himayəsi ilə Mikelancelo Buonarotti tərəfindən hazırlanmışdır.
  • Praqa yepiskoplarının köhnə iqamətgahı olan Probst evi hal-hazırda Çexiya Respublikası Prezidentinin Dəftərxana Aparatına məxsusdur.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/23._Həftə_2015&oldid=3289720"
LOVE.AZ