. Love.az

Vikipediya Bilirsinizmi 23 Hefte 2017 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 23 Hefte 2017
  • İrland folklorundakı Banşi (şəkildə) personajı evlərin pəncərəsinin qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur.
  • Yaponiyadan sonra ən böyük yapon icması Braziliyada yaşayır. Braziliya yaponlarının sayı 1,6 milyon nəfərə yaxındır və əsasən San-Paulu ştatında cəmləşmişdir.
  • Böyük Vətən müharibəsinin başlamasından sonra Volqaboyu və Cənubi Qafqazda yaşayan almanlar Qazaxıstana sürgün edilib. Qazaxıstan almanları sürgün edilən insanların törəmələridir. Təkcə Azərbaycandan 22 min alman sürgün edilib.
  • Üçüncü Reyx tərəfindən təklif edilən Madaqaskar planına əsasən yəhudilərin Afrikaya köçürülməsi təklif olunurdu. İldırımsürətli müharibənin uğursuzluqla nəticələnməsi və 1942-ci ildə adanın ingilis-fransız orduları tərəfindən tutulması planın üstündən xətt çəkdi.
  • Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlardan məhrum edilmiş kasta dalit adlanır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/23._Həftə_2017&oldid=3951835"
LOVE.AZ