. Love.az

Vikipediya Bilirsinizmi 24 Hefte 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 24 Hefte 2015

Vikipediya məqalələrindən

  • Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları (şəkildə) hazırda Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır.
  • 4 qat olimpiya çempionu Cessi Ouens 1936 yay Olimpiya oyunlarında irqçiliyə qarşı mübarizəsinə görə 1976-cı ildə Olimpiya ordeni ilə təltif edilib.
  • Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.
  • Dəmir adam komiks personajı komiks ustası Sten Li, ssenarist Lari Liber, rəssam Don Hek və dizayner Cek Kirbi tərəfindən 1963-cü ildə yaradılmış və ilk dəfə "Qorxulu hekayələr"in 39-cu sayında çıxmışdır.
  • Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq Volapük danışıq dilinin əlifbası 27 hərfdən ibarətdir.
  • İngilis dilində çıxan The Daily Talk divar qəzeti Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında qara lövhə üzərində təbaşirlə yazılır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/24._Həftə_2015&oldid=3296718"
LOVE.AZ