. Love.az

Vikipediya Bilirsinizmi 24 Hefte 2020 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 24 Hefte 2020

Vikipediya məqalələrindən

  • Gifu və Toyama prefekturalarının sərhədindəki Söqava vadisində yerləşən və 1995-ci ildə UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Şirakava-qo və Qokayama tarixi kəndlərinin (şəkildə) sakinləri XVII əsrdən başlayaraq və sonrakı 250 il ərzində əsasən barıt istehsalı və evlərin damında barama yetişdirilməsi ilə məşğul olub.
  • Kəllənin beyin şöbəsinə aid cüt sümüklərdən olan gicgah sümüyü xarici qulaq dəliyini əhatə edən üç hissədən ibarətdir.
  • Türkiyənin cənub-şərqində, Örəncik kəndindən 2,5 km, Şanlıurfa şəhərindən 15 km şimal şərqdə yerləşən Göbəklitəpə məbəd kompleksi bu günə qədər mezolit dövrünə aid ən qədim mədəni istehkam sayılır.
  • Almaniyanın Bavariya vilayətinin Münhen şəhərində hər il ənənəvi formada keçirilən Oktoberfest pivə festivalında iştirak edən şəxslər üçün dirndl və qamsbart kimi xüsusi geyim formaları mövcuddur.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/24._Həftə_2020&oldid=5177043"
LOVE.AZ