. Love.az

Vikipediya Bilirsinizmi 25 Hefte 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 25 Hefte 2015

Vikipediya məqalələrindən

  • 2015 Avropa Oyunlarının açılış mərasimində ölkə idmançılarının keçidi zamanı Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Qara Qarayevin müxtəlif əsərlərinin texno musiqi üslubunda işlənmiş versiyaları səsləndirilib.
  • Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.
  • Yuan sülaləsinin əsasını qoymuş Xubilay xan 1260-cı ilin avqustunda çao adlanan ilk vahid kağız pulu yaradıb.
  • İslandca danışmaq mənasını verən "seqja" sözündən törəyən saqa sözünün lüğəvi mənası deyilən, söylənmiş deməkdir.
  • Şükran günü milli bayramı Kanadada oktyabr ayının ikinci bazar ertəsi günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur.
  • Qarnı yırtmaqla icra edilən intihar növü Harakirini adətən əsir düşmüş samuraylar icra edirdilər.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/25._Həftə_2015&oldid=3298820"
LOVE.AZ