. Love.az

Vikipediya Bilirsinizmi 25 Hefte 2019 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 25 Hefte 2019

Vikipediya məqalələrindən

  • Dünyanın ən böyük çay muzeyi Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən Pin-Lin Çay Muzeyidir.
  • Otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan docikko termini yapon dilindən tərcümədə "kobud səhv" deməkdir.
  • Adam Villarts tərəfindən çəkilmiş "25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası" (şəkildə) rəsm əsərinin mövzusu Səksənillik müharibədir.
  • Şimali Amerika ərazisində, Kolorado platformasında, Arizonanın şimalında yerləşən Rəngli səhraya ilk adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
  • "Le Carrefour" qəzeti Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqandır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/25._Həftə_2019&oldid=4781202"
LOVE.AZ