. Love.az

Vikipediya Bilirsinizmi 27 Hefte 2024 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 27 Hefte 2024

Vikipediya məqalələrindən:

Tik-Tok personajı
Tik-Tok personajı
  • Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan "Tik-Tok" (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
  • Azərbaycan kinosunda ilk dəfə Stalin və Mir Cəfər Bağırovun obrazı Bakı neftçiləri haqqında bəhs edən "Bakının işıqları" filmində yaradılmışdır.
  • Sakit okeanın qərbində yerləşən Marian çökəkliyi dünyada məlum olan çökəkliklərdən ən dərinidir.
  • Axtarış sistemi "Google"-a "What is the loneliest number?" (azərb. Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
  • Hinduizm dinində olan sati ritualına görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/27._Həftə_2024&oldid=7685178"
LOVE.AZ