. Love.az

Vikipediya Bilirsinizmi 29 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 29 Hefte 2016

Vikipediya məqalələrindən

  • Andreas Qurskinin çəkdiyi "II Reyn" dünyanın ən bahalı fotoşəkli kimi tarixdə düşmüşdür. Belə ki, həmin əsər 2011-ci ildə Nyu-Yorkun "Kristis" hərrac evində 4,3 milyon dollara satılmaqla rekord göstəriciyə nail olmuşdur.
  • Şəriət ölkələrində tətbiq olunan maliyyə sənədi, daha dəqiq desək, istiqrazların islami ekvivalenti Sukuk adlanır.
  • ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat "Xalqın seçimi" adlanır.
  • 1922-ci ildə keçirilmiş Birinci Bakı Yarmarkası əmtəə dövriyəsinin həcminə görə Nijni Novqorod Yarmarkasından sonra 2-ci yeri tutmuşdur.
  • Peru ərazisindəki Çauçilla qəbiristanlığında (şəkildə) şəxsi əşyaları ilə birgə dəfn edilmiş bütün mərhumlar oturmuş vəziyyətdədir.
  • ABŞ-ın Qərbi Virciniya ştatında yerləşən Qrin Benk şəhəri Dünyanın ən sakit şəhəri hesab olunur.
  • Tikilməsi planlaşdırılan Nikaraqua kanalının sayəsində yüklərin Amerika, Avropa və Asiya arasında su yolu ilə daşınmasına çəkilən xərclər azalacaq.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/29._Həftə_2016&oldid=3634346"
LOVE.AZ