. Love.az

Vikipediya Bilirsinizmi 29 Hefte 2019 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 29 Hefte 2019

Vikipediya məqalələrindən

  • Vivian Mayer – ABŞ küçə fotoqrafı. Peşəcə uşaq dayəsi olan və fotoqrafiya ilə bağlı heç bir təhsil almayan Mayer həyatı boyunca 150.000-dən çox şəkil çəkmiş və onları bir nəfərə də göstərməmişdir. Yalnız 2009-cu ildə əşyalarını saxladığı depo borcları səbəbilə əşyalarını hərraca çıxardıqdan sonra tanınmışdır.
  • Kinq – Azərbaycan SSR-də Bərbərovlar ailəsi tərəfindən saxlanılan erkək şir. Kinq müxtəlif filmlərdə də çəkilmişdir: "İtalyanların Rusiyada ağlasığmaz macəraları", "Qız, oğlan və şir", "Şir evdən getdi". Sakit təbiəti və itaətkarlığı ilə seçilən Kinq 1974-cü ildə Moskvada yaratdığı panika zamanı öldürülmüşdü.
  • London pivə seli (şəkildə) - 17 oktyabr 1814-cü ildə İngiltərənin London şəhərinin Sent-Eqidi prixodunda baş vermiş traqikomik faciə. Totenhem-Kort-Roadda yerləşən "Meux and Company" pivə zavodunda bir pivə sisternin partlaması nəticəsində 610 m³ pivə ətrafa yayılmış və digər pivə sisternlərinə də domino effekti ilə təsir göstərərək, partlamasına səbəb olmuşdu.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/29._Həftə_2019&oldid=4808705"
LOVE.AZ