. Love.az

Vikipediya Bilirsinizmi 29 Hefte 2022 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 29 Hefte 2022

Vikipediya məqalələrindən

  • Praqa yepiskoplarının köhnə iqamətgahı olan Probst evi (şəkildə) hal-hazırda Çexiya Respublikası Prezidentinin Dəftərxana Aparatına məxsusdur.
  • 2011-ci ildə Məryəm Keşavarzın rejissorluğu ilə çəkilmiş Şərait (ing. Circumstance) filmi İranda lezbiyanların qarşılaşdıqları problemlərə həsr edilmiş ilk ekran əsəridir.
  • Polyak musiqiçi Frederik Şopen Parisin Per-Laşez qəbiristanlığında dəfn olunsa da, ürəyi Varşavada saxlanılır.
  • Ağ evdə Milad ağacı bəzədilməsi ənənəsinin əsası 1961-ci ildə Birinci xanım Jaklin Kennedi tərəfindən qoyulmuşdur.
  • Bibliyadan ən çox istinad olunan hissə İohann 3:16-dır: "Çünki Allah dünyanı elə sevdi ki, yeganə oğlunu verdi; bunu ona görə etdi ki, ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun."
Arxiv – Digərləri...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/29._Həftə_2022&oldid=6540358"
LOVE.AZ