. Love.az

Vikipediya Bilirsinizmi 3 Hefte 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 3 Hefte 2015
Mayya sivilizasiyasında 20 günlük təqvim
Mayya sivilizasiyasında 20 günlük təqvim
  • 1940-1956-cı illərdə SSRİ 15 yox, 16 müttəfiq respublikadan ibarət idi. Karel-Fin Sovet Sosialist Respublikası adlanan sonuncu respublika, 1956-cı ildə RSFSR-in tərkibinə muxtar respublika kimi daxil edilmişdir.
  • 1941 - 1945-ci il İkinci dünya müharibəsi zamanı SSRİ tərəfindən 600 min Azərbaycanlı döyüşlərdə iştirak etmiş və 300 mini qeri qayıtmamışdır.
  • Ukraynanın Prezdenti olmuş Viktor Yuşşenkonun bir sərəncamında ( № 161/2009) belə yazılmışdı: "«Ukrayna Prezidentinin 3 dekabr 2007-ci il № 292 sərəncamının ləğvi barədə» 6 mart 2009-cu il tarixli sərəncamı ləğv edilsin".
  • Şizofreniya məqaləsi vikipediyanın 5 dil səhifəsində "seçilmiş", 5 dil səhifəsində isə "yaxşı məqalə" statusunu qazanıb.
  • Hər hansı bir elm haqqında təsəvvür bu elmin obyektini, predmetini, metodunu və prinsipini öyrənməkdən başlayır.
  • Həftənin astronomik əsası yoxdur. Qədim Misirdə on günlük həftədən (dekada) istifadə edirdilər. Mayya mədəniyyətində isə həftə 13 gündən ibarət idi, onlarda 20 günlük təqvim də var idi.
  • Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada dövləti, Avropadan kənar ən kiçik dövlət və rəsmi paytaxtı olmayan yeganə dövlətdir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/3._Həftə_2015&oldid=3157863"
LOVE.AZ