. Love.az

Vikipediya Bilirsinizmi 3 Hefte 2017 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 3 Hefte 2017
  • Tahirə Tahirova ilk azərbaycanlı qadın nazirdir. O, 1959-1983-cü illər ərzində Azərbaycan SSR-in 2-ci Xarici İşlər Naziri vəzifəsini tutmuşdur.
  • İkinci dünya müharibəsi illərində göstərdiyi şücaətlərə görə 42 nəfər azərbaycanlıya Sovet İttifaqı Qəhrəmanı fəxri adı verilmişdir. Sovet İttifaqı Qəhrəmanı adını almış ilk azərbaycanlı (tarix: 11 dekabr, 1941) İsrafil Məmmədovdur.
  • Tanınmış rus yazıçısı Mixail Lermontov (şəkildə) 1837-ci ildə Rusiyadan sürgün olunduğu vaxt bir müddət Qusar şəhərində yaşayıb. Lermontovun Mirzə Fətəli Axundov vasitəsi ilə Azərbaycan dilini öyrəndiyi də məlumdur.
  • Ernest Heminquey, Virciniya Vulf, Cek London və Cerard de Nerval kimi yazıçıların ölüm səbəbləri intihar etməkləridir.
  • Afrikanın ilk milyarder qadını hesab olunan İzabel duş Santuş 1973-cü ildə Bakı şəhərində anadan olub.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/3._Həftə_2017&oldid=3881381"
LOVE.AZ