. Love.az

Vikipediya Bilirsinizmi 31 Hefte 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 31 Hefte 2015

Vikipediya məqalələrindən

  • Məşhur çeçen rəqqası Mahmud Esambayev (şəkildə) heç vaxt məşhur papağını başından çıxarmırmış. O, SSRİ-də yeganə adam olub ki, pasport şəklini papaqla çəkdirməsinə icazə veriblər.
  • Azərbaycanın mühacir şairi Almas İldırım varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.
  • Azərbaycanın 1 manatlıq əsginasları üzərində və 2006-cı ildə buraxılmış Azərbaycanın 1 qəpiyi üzərində muğam üçlüyünün musiqi alətləri təsvir olunmuşdur.
  • Qadınlar arasında şahmat üzrə ilk dünya çempionu Vera Mençik İkinci dünya müharibəsi zamanı 1944-cü il iyunun 27-də Londonun bombardımanı zamanı həlak olmuşdur.
  • "Marvel Comics" nəşriyyatı tərəfindən yaradılmış Ay cəngavəri komiksi ilk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxuculara təqdim olunmuşdur.
  • Şimal Torpağı arxipelağının mərkəzi hissəsində yerləşən Oktyabr İnqilabı adası Bolşevik adasından Şokalski boğazı, Komsomoles adası və Pioner adasından Qırmızı Ordu boğazı vastəsi ilə ayrılır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/31._Həftə_2015&oldid=3428042"
LOVE.AZ