Love.az
Vikipediya Bilirsinizmi 32 Hefte 2023 - Wikipedia - Love.az
Ana Səhifə
-
Vikipediya Bilirsinizmi 32 Hefte 2023
Vikipediya məqalələrindən
Tanzaniya
haqqında məlumatlar...
Tanzaniyada
yerləşən Qombe Çayı Milli Parkındakı iki
şimpanze
icması arasında
1974
-
1978
-ci illərdə
Qombe şimpanze müharibəsi
adlı toqquşmalar baş verib. Hadisələr nəticəsində 11
şimpanze
həlak olub.
1896
-cı ilin
27 avqust
tarixində
Böyük Britaniya
və
Zənzibar
arasında başvermiş
İngilis-Zənzibar müharibəsi
dünya tarixinin ən qısa müddətli müharibəsi hesab olunur. Belə ki, tərəflər arasındakı toqquşmalar cəmisi 38 dəqiqə davam etmiş və nəticədə
Böyük Britaniya
qələbə qazanmışdır.
Queen
qrupunun solisti
Freddi Merkyuri
1946
-cı ilin
5 sentyabr
tarixində
Tanzaniyaya
bağlı muxtar bölgə olan
Zənzibarda
anadan olmuşdur.
Tanzaniya
yerləşən
Kilimancaro
dağı 5,895 metr
(19,341 ft)
hündürlüklə
Afrikanın
ən hündür nöqtəsidir. Dağa ilk dəfə
1899
-cu ildə alman qeoloq Hans Meyer qalxmışdır.
1905
-
1907
-ci illərdə ölkədə fəaliyyət göstərən
alman müstəmləkəçilərinə
qarşı
Maji Maji üsyanı
baş vermişdir. Üsyana bir
ilanın
ruhuna sahib olduğunu iddia edən
Kinjikitile Ngwale
adlı
falçı
rəhbərlik edib.
LOVE.AZ