. Love.az

Vikipediya Bilirsinizmi 33 Hefte 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 33 Hefte 2018

Vikipediya məqalələrindən

  • 2007-ci ildən bəri 6 Azərbaycan filmi - Qafqaz, Qala, Sahə, Buta, Çölçü və Nabat ən yaxşı xarici film üzrə Oskar mükafatına təqdim edilmişdir və heç biri namizəd ola bilməmişdir.
  • Narval Jül Vernin 1870-ci il romanı "20 000 lye su altında"dakı nəhəng dəniz məxluqunun iki mümkün izahından biridir.
  • Molla Nəsrəddin jurnalında Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərmişlər.
  • German-skandinav mifologiyasına görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü 9 dünyanı bir yerdə tutan nəhəng mifoloji İqqdrasildən (şəkildə) başı aşağı asmışdır.
  • Mars və Yupiter planetləri arasında yerləşən bölgə Günəş sistemində asteroidlərin ən çox rast gəlindiyi asteroid qurşağıdır.
  • İnsan dərisindən hazırlanan kitab cildləmə üsulu - Antropodermik cildləmə XVII—XIX əsrlərdə bəzi kitabların tərtibatında geniş istifadə olunmuşdur.
  • Alkiviad, Femistokl və Kimon ostrakizmə məruz qalan məşhur şəxslərdir.
Arxiv – Digərləri...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/33._Həftə_2018&oldid=5991223"
LOVE.AZ