. Love.az

Vikipediya Bilirsinizmi 34 Hefte 2017 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 34 Hefte 2017

Vikipediya məqalələrindən

Tik-Tok personajı
Tik-Tok personajı
  • Laymen Frenk Baumun "Öz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan Tik-Tok (şəkildə) personajı ədəbiyyatda robotun ilk nümunələrindən hesab edilir.
  • Malayziyada Sabah ştatının qərb sahilində yerləşən Kinabalu Milli Parkı 2000-ci ilin dekabrında UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır
  • Pakistanın musiqi qrupu Vital Signs tərəfindən 1987-ci ildə yayımlanmış Dil Dil Pakistan mahnısı ölkənin qeyri-rəsmi himni kimi qiymətləndirilir.
  • Hal-hazırda 36 qədim Çin hərbi kələyi ilə də xarakterizə olunan stratagem mübaliğə ilə dedikdə insan beynində gizlənmiş və vaxtı çatan zaman dərhal istifadə oluna bilən xəncər deməkdir.
  • Avstriyalı alpinist Qerlinde Kaltenbrunner 14 səkkizminlik zirvəni oksigen balonu istifadə etmədən fəth edən ilk qadın olub.
  • Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən və 1410-cu ildə quraşdırılmış astronomik saat dünyanın üç ən qədim saatından biri olmaqla, hələ də işləyən ən qədim astronomik saatdır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/34._Həftə_2017&oldid=7683444"
LOVE.AZ