. Love.az

Vikipediya Bilirsinizmi 34 Hefte 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 34 Hefte 2018

Vikipediya məqalələrindən

Naurunun bayrağı
  • Heyvan hüquqları müdafiəçiləri əlverişsiz şəraitdə saxlanıldığına görə Arturo adlı ağ ayını dünyanın ən gəmgin heyvanı adlandırmışdılar.
  • 1940-1956-cı illərdə SSRİ 15 yox, 16 müttəfiq respublikadan ibarət idi. Karel-Fin Sovet Sosialist Respublikası adlanan sonuncu respublika, 1956-cı ildə RSFSR-in tərkibinə muxtar respublika kimi daxil edilmişdir.
  • Nauru dünyada ən kiçik müstəqil respublika, ən kiçik ada dövləti, Avropadan kənar ən kiçik dövlət və rəsmi paytaxtı olmayan yeganə dövlətdir.
  • Qlazqonun müasir adı Kyumbrik dilində "yaşıl yarğan" (glas və cau sözlərinin birləşməsindən) mənasını daşıdığını güman edilir.
  • Beynəlxalq səhnəyə yenicə çıxmağa başlayan Nigeriya kino sənayesi Nollivud adı ilə tanınır.
  • 2016-cı ildə İspaniya dünyanın ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkəsi seçilmişdir.
  • 1996-cı ildə Bülənt Üstün tərəfindən yaradılmış komiks personajı Yaramaz pişik Şərafəddin "Ekşi Sözlük" kimi məşhur saytlarda tez-tez Qarfild və Hitkliff kimi uydurma pişiklərlə müqayisə olunmuşdur.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/34._Həftə_2018&oldid=4391043"
LOVE.AZ