Kambocanın Vyetnam ilə həmsərhəd olan cənub-şərq hissələrində, ya da Tonlesap gölündə və Mekonq çayındakı qayıqxanalarda sayları yarım milyona yaxın olan Kamboca vyetnamlıları yaşamaqdadır.
Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş, Siemreap şəhərindən 5 km məsafədə yerləşən Anqkor Vat məbədi tanrı Vişnaya həsr edilmiş nəhəng hinduizm kompleksidir. Məbəd hər il 3 milyona yaxın turist tərəfindən ziyarət edilir.
Kamboca bayrağı üzərində bina təsviri olan yeganə ölkə bayrağıdır. 1948-ci ildən etibarən istifadə olunan bayrağın üzərində Anqkor Vat hinduizm kompleksi əks olunmuşdur.
Dünyada ən çox partlamamış minaların Kambocada olduğu təxmin edilir. XX əsr boyunca ölkədə baş vermiş müxtəlif müharibələr, daxili toqquşmalar nəticəsində ən azı 8-10 milyon civarında mina basdırılıb və bunların bir çoxu aktiv vəziyyətdə qalmaqdadır. Kambocada minalanmış ərazilərə görə 40 mindən çox ölkə sakini həyatını itirib və ya ağır xəsarətlər alıblar.