Love.az
Vikipediya Bilirsinizmi 36 Hefte 2017 - Wikipedia - Love.az
Ana Səhifə
-
Vikipediya Bilirsinizmi 36 Hefte 2017
Vikipediya məqalələrindən
Əhməd Xan Sultan
Əslən
Krım tatarı
olan
Əhməd Xan Sultan
(
şəkildə
)
İkinci dünya müharibəsi
zamanı 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini məhv etmişdir. Əhməd Xan eyni zamanda
İkiqat Sovet İttifaqı Qəhrəmanı
adını almış yeganə
Krım tatarıdır
.
Jan Batist de Lamaz
1688
-
1709
-cu illərdə
Şamaxı Yezuit missiyasının rəhbəri
kimi fəaliyyət göstərmişdir. Din xadimi
1709
-cu ilin
4 mart
tarixində
Şamaxı
şəhərində vəfat edib.
Bəhai dininin
əsas idarəedici mərkəzi olan
Ümumdünya Ədalət Evində
Ali Orqanın
üzvü kimi fəaliyyət göstərmiş
Əli Naxçıvani
əslən
azərbaycanlıdır
.
Azərbaycan Respublikasında
etnik
pont yunanların
kompakt yaşadığı yeganə kənd
Kəlbəcər rayonunun
inzibati ərazisində yerləşən
Mehmana
kəndi olmuşdur.
3 minə yaxın insan tərəfindən danışılan
Xınalıq dili
üçün əlifba,
xınalıqlı
şair, aşıq, publisist
Rəhim Alxas
tərəfindən tərtib olunmuşdur.
LOVE.AZ