. Love.az

Vikipediya Bilirsinizmi 36 Hefte 2023 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 36 Hefte 2023

Vikipediya məqalələrindən Nikaraqua haqqında məlumatlar...

  • BMT tərəfindən Gürcüstanın işğal edilmiş əraziləri kimi tanınmış Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi Nikaraqua tərəfindən tanınmışdır.
  • Ərəb diasporasının Mərkəzi Amerikadakı əsas qüvvələrindən hesab olunan Nikaraqua fələstinlilərinin təxmini sayı 2.000 nəfərə yaxındır.
  • SSRİ-nin dağılması zamanı Nikaraqua hökumətinin İttifaqa təxminən 3,5 milyard dollar borcu var idi. Lakin borc məbləği Rusiya tərəfindən nikaraqualılara bağışlanmışdır.
  • Orta əsrlərdə ispanlar tərəfindən əsası qoyulmuş Nikaraquanın iki ən böyük şəhəri Qranada və Leon uzun müddət, bir-biri ilə paytaxt statusu ilə bağlı mübahisə ediblər. Mübahisənin yekun həlli kimi Manaqua 1852-ci ildə paytaxt elan edilib.
  • Nikaraquanın dövlət rəmzlərindən hesab olunan Momotombo vulkanını təsviri ölkə gerbinin 1854-cü il versiyasında əks olunmuşdur.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/36._Həftə_2023&oldid=7151875"
LOVE.AZ