. Love.az

Vikipediya Bilirsinizmi 38 Hefte 2023 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 38 Hefte 2023

Vikipediya məqalələrindən Hindistan haqqında məlumatlar...

  • Cənubi və Cənub-Şərqi Asiyada, asiya fillərindən istifadə olunaraq gerçəkləşdirilmiş edam növü Fil ilə edam ilk dəfə olaraq Hindistanda tətbiq edilmişdir.
  • XIV övladını dünyaya gətirən zaman vəfat edən Mümtaz Mahalın ölümü ilə barışa bilməyən Böyük Moğol imperiyasının hökumdarı Sultan Şahcahan 1632-ci ildə Tac Mahalın tikilməsinə göstəriş verir. UNESCO tərəfindən ümumdünya irsi siyahısına daxil edilmiş abidə Hindistanda turistlər tərəfindən ən çox ziyarət edilən yerlərdən biridir.
  • Erməni dilində ilk qəzet 1794-cü ildə Hindistanın Kəlkütə şəhərində Aratun Şumovyanın rəhbərliyi ilə çap edilib. Azdarar adlı qəzet iki il müddətinə 18 nüsxədən ibarət olmaqla yayımlanıb.
  • Bəhai dininin Asiya qitəsi üzrə əsas ibadət mərkəz sayılan və Hindistanın Nyu-Dehli şəhərində yerləşən Lotos məbədi ortalama hər il 5 milyon nəfər tərəfindən ziyarət edilir. Dünyadakı ən böyük bəhai icmasıda (2 milyondan bir qədər çox) Hindistanda yaşamaqdadır.
  • Hindistanda kannibalizm adətlərini özlərində saxlayan Aqxori dini sektası mövcuddur. Sekta üzvlərinin ritual ayinlərdə insan ətlərinin yediyi, yanlarında gecələdiyi və kəllə sümüklərindən piyalə kimi istifadə etdikləri məlumdur.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/38._Həftə_2023&oldid=7238966"
LOVE.AZ