. Love.az

Vikipediya Bilirsinizmi 39 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 39 Hefte 2016

Vikipediya məqalələrindən

  • 2014-cü il martın 21-də təqdim olunan Özbəkistan müğənnisi Şahzadənin ifa etdiyi "Qaynona" mahnısının klipində Qayınana filmindən fraqmentlər yer alıb.
  • Azərbaycan memarlığının ən gözəl incilərindən biri olan Şuşa qalası Arran memarlıq məktəbi üslubunda inşa edilib.
  • XVI əsrə aid öz orijinal görünüşünü saxlamış Ədalət fəvvarəsi 1983-cü ildə qədim Bern şəhərinin tərkib hissəsi olaraq, YUNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdir.
  • Bürünc altı heykəlinin pyedastalı kimi istifadə olunmuş "Şimşək daş" adıyla tanınan nəhəng qaya parçası 1768-ci ildə Fin körfəzindən 6 km (3.7 mil) aralıda yerləşən tarixi Laxta rayonu ərazisində aşkarlanmışdır.
  • Fransız Sənətçilər Dərnəyinin təşkil etdiyi Salon sərgisi üçün Osman Hamdi Beyin çəkdiyi Tısbağa tərbiyəçisi (şəkildə) adlı rəsm əsəri 2004-cü ildə 3,5 milyon dollara (5 trilyon TL) satılmışdır.
  • Rus alimi Mixail Lomonosovun şərəfinə adlandırılmış Lomonosov şəhərinin əsası 1710-cu ildə, Fin körfəzinin cənub sahilində yerləşən və imperator I Pyotr tərəfindən Ulu İngermanland knyazı Menşikova hədiyyə olunan torpaqlarda saray-park kompleksinin tikintisi ilə qoyulmuşdur.
  • İtaliya estrada müğənnisi və bəstəkarı Toto Kutunyo Insieme: 1992 mahnısı ilə 1990 Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/39._Həftə_2016&oldid=3685091"
LOVE.AZ