Cənubi Koreyada bir adamın adını qırmızı rəngli və ya qırmızı mürəkkəbli qələmlə yazmaq yaxşı qarşılanmır. Belə bir batil inanc varki, əgər yazılarsa, bu həmin insanın başına pis bir hadisə gələcəyinə və ya öləcəyinə işarədir.
Cənubi Koreyada kişilər üçün hərbi xidmət icbaridir. 21-28 yaş arasındakı ölkə vətəndaşları ən azı 21-24 ay davam edən hərbi xidmətlərə cəlb olunurlar və bundan mümkün yayınma cəhdləri sərt formada cəzalandırılır.