. Love.az

Vikipediya Bilirsinizmi 40 Hefte 2021 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 40 Hefte 2021

Vikipediya məqalələrindən

  • Aktyor Conni Depp "Karib dənizinin quldurları" seriyasında Cek Sərçə obrazını canlandırarkən 1740-cı illərə aid orijinal qılınclardan və 1760-cı illərə aid orijinal tapançalardan istifadə etmişdi.
  • 1932-ci ildə qadınların 100 metrə qaçış yarışında Olimpiya çempionu olan Polşa atleti Stanislava Valaseviç 1980-ci ildə öləndə hermafrodit olduğu, kişi və qadın xromosomları daşıdığı məlum olmuşdur.
  • Şahmat üzrə dünya çempionu Xose Raul Kapablanka 1922-ci ildə Klivlend şəhərində eyni anda 103 rəqibə qarşı oynamış, 102-nə qalib gəlmiş və 1-i ilə heç heçə oynamışdı.
  • Kanadanın Manitoba əyalətinin Çörçill qəsəbəsində təhlükəli ağ ayıları saxlamaq üçün dustaqxana fəaliyyət göstərir.
  • Bolqarıstanda yerləşən Proxodna mağarası "Tanrının gözləri" (şəkildə) adlı bərabərölçülü iki dəliyi ilə məşhurdur.
Arxiv – Digərləri...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/40._Həftə_2021&oldid=6136805"
LOVE.AZ