. Love.az

Vikipediya Bilirsinizmi 41 Hefte 2021 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 41 Hefte 2021

Vikipediya məqalələrindən

  • Yaponiyanın Mie prefekturasında yerləşən Evli qayalar (şəkildə) yerli rahiblər tərəfindən müqəddəs hesab edilir.
  • Ağ ayı Knutun Berlin zooparkına qazandırdığı gəlirlər nəticəsində 2007-ci il zooparkın 163 illik tarixi ərzində ən gəlirli il olmuşdur.
  • Kasakela və Kahama şimpanzeləri arasında 1974-78-ci illərdə baş vermiş Qombe müharibəsi 11 şimpanzenin ölümü və 3 şimpanzenin itkin düşməsi ilə nəticələnmişdir.
  • İngilis Tom Hayam 1980-ci ildə bacanağının düşərgə çadırında paltar ütülədiyini gördükdən sonra ekstremal ütüləmə idman növünün əsasını qoymuşdur.
  • Süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını kəşf etmiş bolqar mikrobioloq Stamen Qriqovun anadan olduğu Studen İzvor kəndində dünyanın yeganə qatıq muzeyi fəaliyyət göstərir.
Arxiv – Digərləri...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/41._Həftə_2021&oldid=6142375"
LOVE.AZ