. Love.az

Vikipediya Bilirsinizmi 45 Hefte 2018 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 45 Hefte 2018

Vikipediya məqalələrindən

  • Dağıstan Respublikasının Çaroda rayonunun Arçin kəndində məişət dili kimi istifadə olunan arçin dilində hər bir feilin təqribən 1.5 milyon fərqli təsnifi var. Arçin dilində 970 nəfər danışır.
  • Uelsdən başqa vall dilində danışılan yeganə ölkə Argentinadır. Bunun səbəbi təqribən 200 il öncə uelsli miqrantların Pataqoniyaya köçməsidir.
  • Əkiz uşaqların öz aralarında yaratdıqları və sadəcə onların başa düşdükləri gizli dilə kriptofaziya deyilir.
  • Çin dilində (Mandarin/Kanton) 50 min işarə mövcuddur. Bir qəzeti oxumaq üçün bu işarələrdən təqribən 2 minini bilmək lazımdır.
  • İspaniya ilə Fransa arasındakı Basklar ölkəsində danışılan bask dili, bizə məlum olan hər hansı bir dil qrupu ilə əlaqəsi olmayan yeganə Avropa dilidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/45._Həftə_2018&oldid=4444077"
LOVE.AZ