. Love.az

Vikipediya Bilirsinizmi 46 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 46 Hefte 2016

Astronomiya seriyası

Böyük toqquşma fərziyyəsi
Böyük toqquşma fərziyyəsi
  • 1577-ci ilin Böyük kometi (şəkildə) keçişi zamanı Qalileo Qaliley kometaların sadəcə optik illuziyalar olduğu düşüncəsini müdafiə etdi və bu barədə təqribən bir əsr davam edən mübahisəyə səbəb oldu.
  • Bəzi astronomlar Yerin Lilit adlanan ikinci peykinin olması düşüncəsini müdafiə edirlər.
  • 2006-cı ildə Praqada keçirilən Beynəlxalq Astronomiya İttifaqının yığıncağında əldə olunan qərar nəticəsində Plutonun planetlər sırasından çıxarılaraq cırtdan planetlər sırasında daxil edilmişdir.
  • Seyrək diskin üzvü hesab edilən Erida məlum olan ən böyük cırtdan planetdir.
  • Günəş sistemində digər kosmik cismlə təmas etməyi bacaran insan istehsalı ilk cihaz SSRİ istehsalı Luna 2 kosmik gəmisidir.
  • 14 dekabr 1972-ci ildə Apollon 17 missiyası çərçivəsində Ayda yeriyən Yucin Sernan Ayda yerimiş son insandır.
  • 167 °C orta istiliyə sahib olan Merkurinin Günəş işığı düşməyən dərin qütb kraterlərində buz olduğu məlum olmuşdur.
  • Böyük toqquşma fərziyyəsinə görə Ay Yerlə Teya adlanan planetin toqquşması nəticəsində Yerin ətrafındakı boşluğa saçılan maddələrin orbitdə tədricən toplanması nəticə meydana gəlmişdir.
  • Günəş G2V sinfinə daxil olan sarı cırtdan tipli ulduzdur.
  • Neptun 23 sentyabr 1846-cı ildə Urban Leveryenin hesablamaları əsasında İohann Qotfrid Qal tərəfindən tapılmışdır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/46._Həftə_2016&oldid=3722144"
LOVE.AZ