Qafqaz almanları üçün nəzərdə tutulmuş Kaukasische Post qəzeti ilk dəfə 1906-cı ildə çap olunmuşdur. Qəzet bu gün də fəaliyyətini Tbilisi şəhərində davam etdirməkdədir.
XX əsrin əvvəllərində Bakıda gizli şəkildə fəaliyyət göstərən Nina mətbəəsi1905-ci ildə ümumi tiraj sayını 1.5 milyon nüsxəyə qədər qaldırmışdır.
Bakı fəhlələri üçün nəzərdə tutulmuş və əsasən bolşeviklərin ideyalarını yayan, xalqı burjuaziyaya qarşı mübarizəyə səsləyən "Bakinski raboçi" (rusca «Бакинский рабочий) qəzeti 1906-cı ildən bu günə qədər çap olunmaqla ən uzun ömürlü Azərbaycan qəzeti sayılır.