. Love.az

Vikipediya Bilirsinizmi 49 Hefte 2019 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 49 Hefte 2019

Vikipediya məqalələrindən

Əhməd Xan Sultan
Əhməd Xan Sultan
  • Əslən Krım tatarı olan Əhməd Xan Sultan (şəkildə) İkinci dünya müharibəsi zamanı 150-dən çox hava hücumunda iştirak edərək fərdi şəkildə 30, qrup uçuşlarında isə 19 düşmən təyyarəsini məhv etmişdir. Əhməd Xan eyni zamanda İkiqat Sovet İttifaqı Qəhrəmanı adını almış yeganə Krım tatarıdır.
  • Dövlət bayrağı düzbucaqlı şəklində olmayan yeganə ölkə Nepaldır.
  • Riyaziyyatda minilliyin məsələləri siyahısına salınan hər bir problemin həllinə Kley Riyaziyyat İnstitutu tərəfindən bir milyon ABŞ dolları həcmində mükafat vəd edilir.
  • Azərbaycan Respublikasında etnik pont yunanların kompakt yaşadığı yeganə kənd Kəlbəcər rayonunun inzibati ərazisində yerləşən Mehmana kəndi olmuşdur.
  • Gürcü şərabı ən qədim şərab olaraq Ginnesin Rekordlar Kitabına salınıb. Şərab Erkən neolit (e.ə 6000-5800) dövrünə aid edilir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/49._Həftə_2019&oldid=4955439"
LOVE.AZ