Yuri Slyozkinin "Tunc Ay" romanının mövzusu əsasında çəkilmiş "Gilan qızı" filmində 1920-ci illərdə İranda gedən milli-azadlıq hərəkatından, qüvvəcə üstün olan şah və ingilis qoşunlarının güclü təzyiqi altında Gilanın faciəli süqutundan bəhs olunur.
Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı 1954-cü ildə Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində keçirilib.
Məskulaşma olmayan Staff adasında yerləşən Finqal mağarası dəniz dalğalarının abraziyası nəticəsində meydana gəlmişdir.
Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı Yana Batırşina Olimpiya Oyunlarının gümüş mükafatçısı olmaqla yanaşı, yeddiqat dünya və beşqat Avropa çempionudur.