. Love.az

Vikipediya Bilirsinizmi 50 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 50 Hefte 2016
Məhəmməd Rza Bəy
Məhəmməd Rza Bəy
  • Səfəvilər dövlətinin IX hökmdarı Sultan Hüseynin hakimiyyəti dönəmində Fransaya səfir kimi göndərilən Məhəmməd Rza Bəy Qərbi Avropada, Şərqlə bağlı ədəbi fikirlərin formalaşmasına önəmli təsir etmişdir.
  • Azərbaycan polyaklarından olan məşhur mesenat Vitold Zqlenitski xeyriyyəçilik fəaliyyətləri səbəbindən xalq arasında Polşalı Nobel təxəllüsünü almışdır.
  • Bakıda anadan olmuş yəhudi əsilli qadın pianoçu Bella Davidoviç SSRİ-ni tərk etdikdən sonra belə imperiya ərazisinə qayıdıb, burada konsert verməsinə icazə verilən yeganə qadın sənətçi olmuşdur.
  • Hollandiyanın şimalında yerləşən Teksel adasında Gürcü legionunun əsgərləri Vermaxta qarşı üsyana qalxaraq 45 gün döyüşmüşdür. Hadisə müharibə ədəbiyyatlarında Avropa cəbhəsində son döyüş olaraq xatırlanır.
  • Azərbaycanda yaşayan alman icmasına məxsus Lüteran kilsəsini müəllifi kimi tanınan, alman memar Adolf Eyxler 1911-ci ildə Bakı şəhərində naməlum səbəbdən intihar etmişdir.
  • Estonların Cənubi Qafqazda kompakt yaşadığı yeganə kənd Gürcüstanın Abxaziya bölgəsində yerləşən Psou kəndidir.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/50._Həftə_2016&oldid=3761201"
LOVE.AZ