Vikipediya məqalələrindən Dominika haqqında məlumatlar...
Dominika 2016-cı ildən etibarən ölkə vətəndaşlığını 100 min ABŞ dolları müqabilində təklif edir. Belə ki, ölkəyə investisiya etməklə və ya dövlətə məxsus bank hesablarına sözügedən məbləği köçürməklə 6 ay müddətinə Dominikan pasportu almaq mümkündür.
Dominika Şərqi Karib hövzəsinin ən böyük aborigen icmasına ev sahibliyi edir. Təxminən 3.000 Kariblilər hələ də ilkin xüsusiyyətlərini qorumaq şərti ilə Dominikada yaşayır.
Adanın adlandırılması italyan səyyah Xristofor Kolumbunadanı kəşf etdiyi günün adı ilə əlaqəlidir. 1493-cü ilin 3 noyabr tarixində bölgəyə gerçəkləşdirdiyi ikinci səyahəti sırasında adanı kəşf edən səyyah həmin günün şərəfinə adanı (it.Domenica) - bazar günü adlandırmışdır.
Ada ölkəsinin volkanik xüsusiyyətlərinə görə çimərlik sahilləri qara qumla əhatə olunub. Ən tanınmış qara qumlu çimərliklərdən Nömrə 1 çimərliyi , Mero çimərliyi və Rozo körfəzi çimərliklərini misal göstərmək olar.