Love.az
Vikipediya Bilirsinizmi 51 Hefte 2019 - Wikipedia - Love.az
Ana Səhifə
-
Vikipediya Bilirsinizmi 51 Hefte 2019
Vikipediya məqalələrindən
Şamaxı çariçası
Mühacirlərə dəstək planının genişlənməsi üçün 1926-cı ildə keçmiş
Çar Rusiyası
xalqlarının liderləri beynəlxalq təşkilat kimi fəaliyyət göstərən "
Prometey
" klubunu yaratdılar.
Şamaxı çariçası
(
şəkildə
) rus yazıçısı
Aleksandr Puşkinin
"Qızıl xoruz nağılı"nın əsas personajlarından biridir.
1998
-ci ildə
Bundestaq
hərbi obyektlərə
Kondor Legionu
nun tərkibində döyüşmüş pilotların adının verilməsini qadağan etdi.
Bəzz qalası
—
Xürrəmilər hərəkatının
rəhbəri
Babəkin
əsas sığınacaqlarından biri olduğu üçün xalq arasında daha çox
Babək qalası
kimi tanınır.
Qədim yunanlar
kəklikotu
nu gözəllik ilahəsi
Afroditanın
şərəfinə yandırıb qurban verirdilər.
LOVE.AZ