. Love.az

Vikipediya Bilirsinizmi 52 Hefte 2014 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 52 Hefte 2014

Vikipediya məqalələrindən

Jül Vern
Jül Vern
  • Jül Vernin 1863-cü ildə yazdığı XX əsrin Parisi kitabında o vaxt mövcud olmayan avtomobillər, faks və elektrik stulu ətraflı şəkildə təsvir edilib. Lakin naşir, yazıçını ağıldan kəm adlandıraraq, əlyazmanı geri qaytarıb.
  • Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr 1804-cü ildə Aleksandr Hamiltonla duel mübarizəsi nəticəsində ağır yaralanmışdır. Aaron Burrun dueldə iştirak etməsi səbəbindən Demokratik Respublika partiyası Aaron Burrun yox, Ceyms Medisonun namizədliyini irəli sürmüş və o seçkidə qalib gəlmişdir.
  • İspaniyalı səyyahı və konkistador Xuan Ponse de Leon 1521-ci ildə Florida sahillərinə səyahət zamanı gözlənilmədən kalusaların hücumuna məruz qalmış və silahlı mübarizə zamanı oxla çiynindən vurulmuşdur. Hadisədən 8 gün sonra Havanaya qayıdan Leon burada vəfat etmişdir. Onun ölüm səbəbi kimi oxda olan zəhər göstərilmişdir.
  • Mərkəzi Asiyanın tarixi Türkistan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintszyan-Uyğur Muxtar Rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İran aid edilir.
  • Balı yaşyarımdan kiçik körpələrə yedirtmək olmaz. Onların mədə-bağırsaq sistemi botulizm xəstəliyi yarada bilər.
  • Qədim yunan tarixçisi Herodotun "Tarix" əsəri antik mədəniyyət üçün böyük qiymətə malik idi. Bu əsərinə görə, Siseron onu "tarixin atası" adlandırmışdı.
Arxiv – Digərləri...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/52._Həftə_2014&oldid=6653849"
LOVE.AZ