. Love.az

Vikipediya Bilirsinizmi 8 Hefte 2016 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi 8 Hefte 2016

Vikipediya məqalələrindən

Zahir məscidi
Zahir məscidi
  • Qədim Azərbaycan rəqslərindən biri olan Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Meşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilmişdir.
  • Moris Bukay müsəlman dünyasında geniş populyarlığa malik və 1976-cı ildə nəşr etdirdiyi "İncil, Quran və elm" kitabında Quranda bir çox elmi kəşflər barədə yazıldığını bildirir.
  • Malayziyanın Kedah ştatında yerləşən və dünyanın ən yaxşı 10 ən gözəl məscidlərindən biri olan Zahir məscidində (şəkildə) hər il Quran hafizlərinin festivalı keçirilir.
  • Morjlara qarşı ov qadağan edilsə də, bu canlıların ovunu həyata keçirməyə yalnız şimal xalqları olan Eskimoslar və Çukçalara icazə verilir.
  • Antik dövrünün sonunda yaranmış, özündə xristianlığın, yunan fəlsəfəsinin və bəzi Şərq dinlərinin ideyalarını birləşdirmiş dualist sinkretik dini təlimlərin ümumiləşmiş adı qnostisizm adlanır.
  • Şərabın əldə olunması, saxlanılması və müştəriyə təqdim olunmasına görə məsuliyyət daşıyan restoran işçisi somelye adlanır.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/8._Həftə_2016&oldid=3514238"
LOVE.AZ