. Love.az

Vikipediya Bilirsinizmi Iyul 2015 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi Iyul 2015

Bilirsinizmi arxivi


2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 19 may 2025, Bazar ertəsi (İlin 21. həftəsi); bu an saat 09:46 (UTC)
(yenilə)
Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

27. Həftə

Vikipediya məqalələrindən

  • Nərimanov rayonunda Fətəlixan Xoyski küçəsinə və Heydər Əliyev prospektinə paralel Təbriz küçəsinin keçmiş adı Çapayev olmuşdur.
  • Malayziyanın yeni inzibati mərkəzi olan Putracayada yerləşən Putra məscidi (şəkildə) xarici görünüşünün dizaynına Bağdadda Şeyx Ömər məscidi və Kasablankada yerləşən İkinci Həsən məscidinin dizaynı güclü təsir göstərib.
  • Süngər Bob Kvadrat Şalvar cizgi serialının əsas personajlarından olan Patrik Star dəniz bioloqu və animator olan Stiven Hillenburq tərəfindən yaradılmışdır.
  • Skandinav əfsanəsinə görə tanrı Odin Run əlifbasını əldə etmək üçün doqquz gecə özünü İqqdrasil ağacından başı-aşağı asmışdır.
  • Bir vaxtlar Koreyanın cənubunda yerləşmiş Şila krallığının 27-ci hökmdarı və ilk qadın rəhbəri olan Kraliça Seondeok uzaq şərqin ilk rəsədxanasını inşa etdirmişdir.
  • Belçikalı Erje tərəfindən yaradılmış "Tintin macəraları" komiksinin əsas qəhrəmanı jurnalist və səyyah olan gənc Tintindir.

bax – müzakirə et – redaktə et – tarixçə


28. Həftə

Vikipediya məqalələrindən

  • Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları (şəkildə) hazırda Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır.
  • 4 qat olimpiya çempionu Cessi Ouens 1936 yay Olimpiya oyunlarında irqçiliyə qarşı mübarizəsinə görə 1976-cı ildə Olimpiya ordeni ilə təltif edilib.
  • Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.
  • Dəmir adam komiks personajı komiks ustası Sten Li, ssenarist Lari Liber, rəssam Don Hek və dizayner Cek Kirbi tərəfindən 1963-cü ildə yaradılmış və ilk dəfə "Qorxulu hekayələr"in 39-cu sayında çıxmışdır.
  • Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq Volapük danışıq dilinin əlifbası 27 hərfdən ibarətdir.
  • İngilis dilində çıxan The Daily Talk divar qəzeti Liberiyanın paytaxtı Monroviya şəhərində Tamben bulvarında qara lövhə üzərində təbaşirlə yazılır.

bax – müzakirə et – redaktə et – tarixçə


29. Həftə

Vikipediya məqalələrindən

  • 2015 Avropa Oyunlarının açılış mərasimində ölkə idmançılarının keçidi zamanı Üzeyir Hacıbəyov, Fikrət Əmirov və Qara Qarayevin müxtəlif əsərlərinin texno musiqi üslubunda işlənmiş versiyaları səsləndirilib.
  • Özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağı olan Bilderberq konfransının ilk toplantısı Amerika xüsusi xidmət orqanlarının himayəsi altında Niderlandın Osterbek şəhərindəki "Bilderberq" otelində olub.
  • Yuan sülaləsinin əsasını qoymuş Xubilay xan 1260-cı ilin avqustunda çao adlanan ilk vahid kağız pulu yaradıb.
  • İslandca danışmaq mənasını verən "seqja" sözündən törəyən saqa sözünün lüğəvi mənası deyilən, söylənmiş deməkdir.
  • Şükran günü milli bayramı Kanadada oktyabr ayının ikinci bazar ertəsi günü, ABŞda isə noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunur.
  • Qarnı yırtmaqla icra edilən intihar növü Harakirini adətən əsir düşmüş samuraylar icra edirdilər.

bax – müzakirə et – redaktə et – tarixçə


30. Həftə

Vikipediya məqalələrindən

  • Rusiyanın əməkdar idman ustası, bədii gimnastı və teleaparıcısı Yana Batırşina Olimpiya Oyunlarının gümüş mükafatçısı olmaqla yanaşı, yeddiqat dünya və beşqat Avropa çempionudur.
  • Malayziyanın Selanqor ştatında yerləşən Sultan Səlahuddin Əbdül Əziz məscidi minarələrinin hündürlüyünə görə Mərakeşin Kasablanka şəhərində yerləşən İkinci Həsən məscidindən sonra dünyada ikinci yeri tutur.
  • Çində Yanszı çayının üzərində yerləşən Üç dərə (şəkildə) dünyada gücünə görə birinci su elektrik stansiyasıdır.
  • Kompüter elmləri üzrə görkəmli alimlərdən biri Marvin Minski 1959-cu ildə Con Makkarti ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda ilk süni intellekt laboratoriyasının əsasını qoyub.
  • And dağlarının Kordilyer-Blanka silsiləsində, Perunun Ankaş bölgəsində yerləşən Uaskaran Milli Parkı 1985-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına salınmışdır.
  • Çinin dünyaca məşhur e-ticarət şirkəti Alibaba Groupun yaradıcısı Cek Ma layihəsinə ərəb nağılının qəhrəmanının adını verməyi San-Fransiskoda bir kafedə düşünüb tapıb.

bax – müzakirə et – redaktə et – tarixçə


31. Həftə

Vikipediya məqalələrindən

  • Məşhur çeçen rəqqası Mahmud Esambayev (şəkildə) heç vaxt məşhur papağını başından çıxarmırmış. O, SSRİ-də yeganə adam olub ki, pasport şəklini papaqla çəkdirməsinə icazə veriblər.
  • Azərbaycanın mühacir şairi Almas İldırım varlı tacir oğlu olduğuna görə Azərbaycan Dövlət Universitetinin Şərq ədəbiyyatı fakültəsindən xaric edilmişdir.
  • Azərbaycanın 1 manatlıq əsginasları üzərində və 2006-cı ildə buraxılmış Azərbaycanın 1 qəpiyi üzərində muğam üçlüyünün musiqi alətləri təsvir olunmuşdur.
  • Qadınlar arasında şahmat üzrə ilk dünya çempionu Vera Mençik İkinci dünya müharibəsi zamanı 1944-cü il iyunun 27-də Londonun bombardımanı zamanı həlak olmuşdur.
  • "Marvel Comics" nəşriyyatı tərəfindən yaradılmış Ay cəngavəri komiksi ilk dəfə 1975-ci ildə "Gecə Qurdadamı" komiksinin 32-ci buraxılışında oxuculara təqdim olunmuşdur.
  • Şimal Torpağı arxipelağının mərkəzi hissəsində yerləşən Oktyabr İnqilabı adası Bolşevik adasından Şokalski boğazı, Komsomoles adası və Pioner adasından Qırmızı Ordu boğazı vastəsi ilə ayrılır.

bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/iyul_2015&oldid=3148435"
LOVE.AZ