. Love.az

Vikipediya Bilirsinizmi Iyun 2017 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi Iyun 2017

Bilirsinizmi arxivi


2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 19 may 2025, Bazar ertəsi (İlin 21. həftəsi); bu an saat 19:10 (UTC)
(yenilə)
Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

23. Həftə
  • İrland folklorundakı Banşi (şəkildə) personajı evlərin pəncərəsinin qarşısında oturan xəyali qadın obrazıdır. İnanclara görə, hansı evin qarşısında ağlayarsa, o evdə müsibət və ölüm-itim olur.
  • Yaponiyadan sonra ən böyük yapon icması Braziliyada yaşayır. Braziliya yaponlarının sayı 1,6 milyon nəfərə yaxındır və əsasən San-Paulu ştatında cəmləşmişdir.
  • Böyük Vətən müharibəsinin başlamasından sonra Volqaboyu və Cənubi Qafqazda yaşayan almanlar Qazaxıstana sürgün edilib. Qazaxıstan almanları sürgün edilən insanların törəmələridir. Təkcə Azərbaycandan 22 min alman sürgün edilib.
  • Üçüncü Reyx tərəfindən təklif edilən Madaqaskar planına əsasən yəhudilərin Afrikaya köçürülməsi təklif olunurdu. İldırımsürətli müharibənin uğursuzluqla nəticələnməsi və 1942-ci ildə adanın ingilis-fransız orduları tərəfindən tutulması planın üstündən xətt çəkdi.
  • Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlardan məhrum edilmiş kasta dalit adlanır.

bax – müzakirə et – redaktə et – tarixçə


24. Həftə

Vikipediya məqalələrindən

  • Şirvan xalçaçılıq məktəbinin ən məşhur kompozisiyalarından olan Bico xalçaları (şəkildə) hazırda Ağsu rayonunun inzibati ərazi vahidinə daxil olan Bico kəndinin adını daşıyır.
  • 4 qat olimpiya çempionu Cessi Ouens 1936 yay Olimpiya oyunlarında irqçiliyə qarşı mübarizəsinə görə 1976-cı ildə Olimpiya ordeni ilə təltif edilib.
  • Cənubi Amerika ərazisində yerləşən Uruqvay çayının adı Quarani dilindən tərcümədə "rəngli quşların çayı" mənasını verir.
  • Dəmir adam komiks personajı komiks ustası Sten Li, ssenarist Lari Liber, rəssam Don Hek və dizayner Cek Kirbi tərəfindən 1963-cü ildə yaradılmış və ilk dəfə "Qorxulu hekayələr"in 39-cu sayında çıxmışdır.
  • Alman katolik keşişi Yohan Martin Şleyer tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq Volapük danışıq dilinin əlifbası 27 hərfdən ibarətdir.

bax – müzakirə et – redaktə et – tarixçə


25. Həftə

Vikipediya məqalələrindən

  • Afrikanın ən məşhur memarlıq abidələrindən biri olan Cənnə Böyük məscidi (şəkildə) qədim şəhər Cənnə ilə yanaşı 1988-ci ildə YUNESKO tərəfindən Dünya irsi siyahısına əlavə olunub.
  • Qədim Misir mifologiyasında axirət dünyasının baş tanrısı Anubis sayılsa da, sonrakı dövrlərdə onun bir neçə funksiyası tanrı Osirisə keçmişdir.
  • Mingəçevir SES haqqında ilk elmi məqalə Cəlil Məmmədquluzadənin oğlu Midhət Məmmədquluzadə tərəfindən dərc edilmişdir.
  • Şouşenkdən qaçış filmi Stiven Kinqin Rita Heyvort və Şouşenkdən qaçış romanının motivləri əsasında çəkilmişdir.
  • Bakı milyonçusu Musa Nağıyev İsmailiyyə Sarayını gənc yaşda vəfat edən oğlu İsmayıl bəy Nağıyevin şərəfinə tikdirmişdir.

bax – müzakirə et – redaktə et – tarixçə


26. Həftə

Vikipediya məqalələrindən

Naxçıvan Dövlət Universiteti
Naxçıvan Dövlət Universiteti
  • XII əsr gürcü yazıçısı Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərində mədəniyyət və ticarət mərkəzi kimi Naxçıvandakı Gilan şəhəri göstərilmişdir.
  • Naxçıvan Dövlət Universiteti Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən yeganə dövlət universitetidir.
  • Zimbabve prezidenti diktator Robert Muqabe bakalavr təhsilini bitirdikdən sonra bir müddət Qana Respublikasında müəllim işləmişdir.
  • "Qızıl Ayaq" mükafatının təqdim olunduğu futbolçu ən azı 28 yaşında olmalıdır.
  • Dünyanın sahəsinə görə ən böyük adası Qrenlandiya adasıdır.

bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/iyun_2017&oldid=3947059"
LOVE.AZ