. Love.az

Vikipediya Bilirsinizmi Iyun 2019 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Bilirsinizmi Iyun 2019

Bilirsinizmi arxivi


2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr

2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 19 may 2025, Bazar ertəsi (İlin 21. həftəsi); bu an saat 11:16 (UTC)
(yenilə)
Keşi təmizlə

23. Həftə

Vikipediya məqalələrindən

Qarrinça
Qarrinça
  • Braziliyanın məşhur futbolçularından biri olan Qarrinçanın sağ ayağı sol ayağından 6 santimetr daha qısa idi.
  • Dünyanın ən zəhərli ilanları Keymada Qrandi adasında məskunlaşıb.
  • Çinlilərdən qorxma qorxusu Sinofobiya adlanır.
  • Mozambik bayrağı dünyada yeganə bayraqdır ki, onun üzərində "Kalaşnikov" avtomatının şəkli var.
  • Todur Zanetin əməyi sayəsində işıq üzü görmüş Ana sözü qəzeti Moldovada qaqauz dilində nəşr olunan ilk qəzetdir.
  • Monqolustanda təşkil edilən ənənəvi Naadam festivalı yerli səviyyədə "Kişilərin üç oyunu" adlanır.
  • Şimal Torpağında Komsomoles adasında Asiya qitəsinin ən ucqar şimal nöqtəsi olan Arkiçeski burnu yerləşir.

bax – müzakirə et – redaktə et – tarixçə


24. Həftə

Vikipediya məqalələrindən

  • Pianoçu Fərhad Bədəlbəyli (şəkildə) Bakıda görkəmli rejissor, Azərbaycan SSR xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olmuşdur.
  • Avropada hündürdaban ayaqqabıdan ilk dəfə Yekaterina Mediçi istifadə etmişdir.
  • 1921-ci ildə Koko Şanelin "Chanel №5" ətirləri meydana çıxıb.
  • Anahaym şəhəri 1857-ci ildə alman köçkünləri tərəfindən yaradılıb.
  • Norveç əlifbasında 29 hərf var.

bax – müzakirə et – redaktə et – tarixçə


25. Həftə

Vikipediya məqalələrindən

  • Dünyanın ən böyük çay muzeyi Tayvanın Yeni Taypey şəhərinin Pinlin rayonunda yerləşən Pin-Lin Çay Muzeyidir.
  • Otaku mədəniyyətində həddən artıq yöndəmsiz olan qadın personajları ifadə etmək üçün istifadə olunan docikko termini yapon dilindən tərcümədə "kobud səhv" deməkdir.
  • Adam Villarts tərəfindən çəkilmiş "25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası" (şəkildə) rəsm əsərinin mövzusu Səksənillik müharibədir.
  • Şimali Amerika ərazisində, Kolorado platformasında, Arizonanın şimalında yerləşən Rəngli səhraya ilk adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
  • "Le Carrefour" qəzeti Azərbaycanda fransız dilində nəşr olunan yeganə mətbu orqandır.

bax – müzakirə et – redaktə et – tarixçə


26. Həftə

Vikipediya məqalələrindən

  • 1897-ci ildə Drezden şəhərində satılan Mirza Schaffy adlı siqaret brendi XIX əsrin görkəmli Azərbaycan şairi və mütəfəkkiri, maarifçi və pedaqoqu olmuş Mirzə Şəfi Vazehin adına adlandırılmışdır.
  • Moskva Dövlət Universitetində təhsil almış, Kuba İnqilabının rəhəbrlərindən olan Fidel Kastronun böyük oğlu Fidel Kastro Diaz-Balart SSRİ-nin yardımları ilə Kubada inşa edilən, ancaq sonradan tikintisi yarımçıq dayandırılmış Juraqua AES-nin tikinti prosesinə rəhbərlik etmişdir. Fidelito (azərb. kiçik Fidel‎‎) təxəllüsü ilə tanınmış, Diaz-Balart 2018-ci ildə 68 yaşında olarkən Havana şəhərində intihar etmişdir.
  • 1992-ci ilin 20 may tarixində Cənubi Osetiyanın paytaxtı Tsxinvali şəhəri yaxınlığında yerləşən Zar kəndi ərazisində gürcü silahlılar tərəfindən osetin qaçqınların daşınması ilə məşğul olan avtomobil karvanının atəşə tutulması nəticəsində azı 36 nəfər həlak olmuşdur.
  • Azərbaycan Xalq Cümhuriyyətinin höküməti tərəfindən 31 Mart soyqırımını araşdırmaq üçün yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvülərindən biri Belarusdan olan fotoqraf, tədqiqatçı və fransız dili müəllimi Lev Urbanoviç Daşkeviç (şəkildə) olmuşdur.
  • Aeroflot Hava Yollarına məxsus Tupolev Tu-134 A tipli təyyarə 1986-cı ilin 20 oktyabr tarixində SSRİ-də daxili uçuş həyata keçirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan 87 nəfərdən 70 nəfər həlak olmuşdur. Qəzanın səbəbi kapitan pilot Aleksandr Quliyevin ikinci pilotla təyyarəni yerə baxmadan gözü bağlı endirə biləcəyi ilə bağlı mərci olmuşdur.

bax – müzakirə et – redaktə et – tarixçə

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Bilirsinizmi/iyun_2019&oldid=4667177"
LOVE.AZ