Ensiklopedik əhəmiyyətlilik |
---|
Xüsusi mövzularla bağlı qaydalar |
![]() | Bu qayda rəsmi olaraq qəbul edilməmişdir. Qayda hal-hazırda hazırlanma mərhələsindədir. |
Bu səhifə redaktorların filmlər və onlarla əlaqəli məqalələri redaktə edərkən riayət etməli olduqları qaydaların bələdçisidir. Filmlərlə əlaqəli əksər məqalələrdə yaranacaq suallara cavab tapmaq üçün ümumi ensiklopedik əhəmiyyətlilik qaydaları kifayət edir. Bu bələdçi isə spesifik film mövzuları ilə bağlı məqalələr üçün ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarında qeyd edilmiş meyarlara əlavə kimi nəzərdə tutulmuş, həmçinin, digər məqalə və siyahılar üçün nəzərdə tutulmuş ümumi ensiklopedik əhəmiyyətlilik qaydaları da nəzərə alınmışdır.
Vacib qeyd: Məqalənin ensiklopedik əhəmiyyətlilik qaydasına cavab verməməsi onun sürətli silmə meyarına uyğun olması anlamına gəlmir. Lakin, ifaçı və ya qrup haqqında məqalədə onun vacib və ya əhəmiyyətli olmasını təsdiq edən məlumat yoxdursa, o zaman məqalə M6 meyarına əsasən sürətli silinə bilər. Məqalənin əhəmiyyətliyi haqqında sadə bir iddianın mövcud olduğu halda belə, onun M6 kriteriyası ilə silinməsindən qaçılmalı, məqalə silinmə üçün müzakirəyə çıxarılmalı və onun əhəmiyyətliliyi müzakirə olunmalıdır.
Ümumi eniklopedik əhəmiyyətlilik qaydalarında qeyd edilir ki, “Əgər, mövzu etibarlı və məqalə mövzusu olan subyektlə birbaşa və ya dolayısı ilə əlaqəsi olmayan mənbələrdə geniş işıqlandırılıbsa bu haqqda müstəqil məqalə yaradıla bilinər.” Ümumi ensiklopedik əhəmiyyətlilik qaydasına olan bu istinad əsas ensiklopediklik meyarını izah edir. Lakin, filmlərlə bağlı məqalələrin bəziləri bu meyara cavab verməyə, bəzilərinin cavab verməsi şübhə doğura bilər. Yaranmış sualların aradan qaldırılması üçün bu zaman aşağıda qeyd edilmiş meyarlara istinad edilməsi vacibdir.
Ensiklopedik əhəmiyyətlilik qaydalarının ən vacib meyarlarından, biri mövzunun məqalə mövzusu olan subyektlə birbaşa və ya dolayısı ilə əlaqəsi olmayan etibarlı mənbələrdə geniş işıqlandırılmasıdır. Bu bölmədə mənbənin müstəqilliyi və etibarlığı izah edilir.
Etibarlılıq göstəricisi kimi istifadə olunması üçün etibarlı hesab edilən mənbədə kifayət qədər geniş məlumat olmalıdır. Ensiklopedik əhəmiyyətlik göstəricisi hesab edilməyən məlumatlar arasında qəzetlər və digər mənbələrdə filmlərin çıxış tarixi və yeri haqqında verilən elan xarakterli məlumatlar, “kapsul icmalları”, tənqidçi şərhi olmadan yayımlanmış süjet məlumatı, “Leonard Maltin's Movie Guide”, “Time Out Film Guide” və ya "Internet Movie Database” kimi mənbələrdə filmlərin istehsal heyəti və sair haqqında verilən məlumatları nümunə göstərmək olar.[1]
Bəzi film məqalələri ümumi ensiklopedik əhəmiyyətlilik meyarlarına cavab verməyə bilərlər, çünki xüsusilə köhnə filmlər haqqında məlumatları çox vaxt internetdə tapmaq olmur. Aşağıda sadalanan meyarlar hər biri, yalnız etibarlı mənbələr tərəfindən təsdiq edildiyi halda filmin ensiklopedik əhəmiyyətliyinin göstəricisi ola bilər:
Bu meyarlar hansı filmlər haqqında Vikipediyada məqalə yaradılmasının müəyyənləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Demək olar ki, bütün hallarda bir və ya bir neçə müstəqil, etibarlı mənbənin olduğu halda filmlər haqqında məqalələr bu meyarlardan birinə və ya bir neçəsinə uyğun gəlir. Lakin bu meyarlara uyğun olma belə, həmişə hansısa film haqqında Vikipediyada müstəqil məqalə olacağı anlamına gəlmir.
Bəzi film məqalələri yuxarıdakı meyarlara cavab verdikləri halda belə, Ensiklopedik əhəmiyyətliyi şübhə doğura bilər, bu halda onları fərdi keyfiyyətlərinə görə qiymətləndirmək lazımdır. Bu cür məqalələrin qiymətləndirilməsi zamanı ilk öncə müstəqil, etibarlı mənbələrin olmasına diqqət yetirmək lazımdır. Aşağıdakı meyarlar bu cür məqalələrin ensiklopedik əhəmiyyətliyinin təyin edilməsi zamanı tətbiq edilə bilər:
Əsas çəkilişlərinin başlanması haqqında məlumat etibarlı mənbələrlə təsdiqlənməyən filmlər haqqında məqalə yaradıla bilinməz, çünki, büdcə, ssenari və aktyor heyəti ilə bağlı yaradılan problemlər çəkilişlərin gecikməsinə və ya layihənin tamamilə dayandırılmasına səbəb ola bilər. Filmin yüksək profilli relizinin planlaşdırılması onun “istehsalının gerçəkləşdiriləcəyinə sübut” kimi göstərilə bilinməz. Əgər filmin məzmunu haqqında ətraflı məlumat varsa belə, filmin çıxarılmasına kimi bu haqqda məlumat Vikipediya məqaləsinə əlavə edilə bilinməz. Əsasə çəkilişlərin başlamasını xəbər verən mənbələr yalnız çəkilişin başlama tarixindən sonra istifadə edilməlidir.
Animasiya filmləri ilə bağlı məqalələrdə etibarlı mənbələrin filmin istehsaldan öncəki mərhələsinin (pre-prodakşn) tamamlanmasını təsdiqləməsi (bu zaman bu zaman animasiya çərçivələri aktiv şəkildə işlənmiş və ya renderlənmiş olur, əsas obrazların səsləndirilməsinə başlanılır) vacibdir.
Çəkilişləri tamamlanmış lakin, çıxarılmamış (kinoteatrlarda və ya prokatlarda) filmlər haqqında məqalələr əksər hallarda ensiklopedik hesab edilmir, çünki ümumi ensiklopedik əhəmiyyətlilik qaydalarına əsasən filmin istehsalı özü ensiklopedik əhəmiyyətlilik daşımır. Eyni şəkildə tamamlanmamış və ya yayılmamış (distribyusiya edilməmiş) filmlər haqqında da məqalə yaradıla bilinməz.
Filmin ensiklopedik əhəmiyyətliyinin müəyyən edilməsi və ya film haqqında hansısa əsas məlumatın dəqiqləşdirilməsi üçün aşağıdakı mənbələrdən birinə baxmanız məsləhətdir: