![]() | Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. Səhifənin məzmunu bütün vikipediyaçılar tərəfindən eyni dərəcədə riayət edilməsi tələb olunan qaydalardan ibarətdir. Səhifədə redaktə etmədən öncə bu dəyişikliklərin vikipediyaçılar tərəfindən dəstəkləndiyindən əmin olun. Düzgün hesab etmədiyiniz məqam varsa, səhifənin müzakirə səhifəsində bunu aydın şəkildə ifadə edin. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
Səs ovçuluğu — davam edən bir müzakirənin nəticəsinə təsir göstərmək məqsədilə başqa bir istifadəçini həmin müzakirədən xəbərdar etmək. Ümumi mənada, hansısa istifadəçini davam edən müzakirələr barədə xəbərdar etmək tamamilə məqbuldur, bir şərtlə ki bu, iştirakı genişləndirərək müzakirənin keyfiyyətini artırmaq məqsədilə edilib. Əks halda, bu hərəkət uyğunsuz və "səs ovçuluğu" hesab edilir. Bunun səbəbi bu cür hərəkətin normal konsensus və qərar qəbuletmə prosesini təhlükəyə atmasıdır və bu, ümumiyyətlə destruktiv davranış sayılır.
Müzakirəyə daha geniş məlumatlı, lakin məsələdə rolu olmayan istifadəçiləri müzakirəyə cəlb etmək istəyən bir istifadəçi aşağıdakılardan hər hansı birinə xəbər verə bilər:
Auditoriya fikirləri əsasında seçilməməlidir. Məsələn, əvvəllər bir məqalənin silinməsini dəstəkləyən redaktorlara bildirişlər göndərilirsə, eyni bildirişlərin həmin məqalənin saxlanılmasını dəstəkləyənlərə də göndərilməlidir. Çox sayda istifadəçiyə və onları almamağı xahiş edən istifadəçilərə bildiriş göndərməyin.
Bildirişlər nəzakətli, bitərəf bir başlıqla bitərəf şəkildə yazılmış, təqdimatı aydın və qısa olmalıdır. İstifadəçi hər zaman müzakirənin keçidini çıqqıldadaraq onun haqqında daha çox məlumat əldə edə bilər. Birdən çox səhifəyə bildiriş göndərmək üçün bir botdan istifadə etməyin.
Qeyd: Xüsusilə də fərdi istifadəçilərə göndərildiyi təqdirdə, bildirişlər barədə müzakirənin özündə bir qeyd qoymaq tövsiyə olunur.
Miqyas | Mesaj | Auditoriya | Şəffaflıq | ||||
Uyğun bildiriş | Məhdud paylaşım | və | Tərəfsiz | və | Tərəfsiz | və | Açıq |
↕ | ↕ | ↕ | ↕ | ||||
Uyğun olmayan | Kütləvi paylaşım | və ya | Tərəfli | və ya | Tərəfli | və ya | Gizlin |
Termin | Çoxlu çarpaz paylaşma ("spamlama") | Təşviqat | Səs tayalamaq | Gizli səs ovçuluğu |
Uyğun olmayan bildiriş ümumiyyətlə destruktiv hesab olunur. Səs ovçuluğu normal qaydada mesaj göndərilməsini nəzərdə tutur. Bununla yanaşı, səs ovçuluğuna hər imzalanmış dəyişikliyə avtomatik olaraq bir reklam xarakterli mesaj əlavə etmək üçün xüsusi imza kimi digər cəhd növləri də aid ola bilər.
Aşağıdakı davranışlar uyğun olmayan bildirişlər üçün xarakterik hesab olunur (və destruktiv qəbul edilə bilər):
Aşağıda ən çox görünən uyğunsuz bildiriş növlərinin qısa izahları verilmişdir:
Ağına-bozuna baxmadan istifadəçilərə bildiriş göndərmək bir çox səbəbdən destruktiv ola bilər. İstifadəçilər müəyyən bir müzakirədə iştirak etmirsə, mesaj "spam" funksiyasına malikdir və bu istifadəçinin təcrübəsinə ziyanlıdır. Bundan daha da əhəmiyyətli olan odur ki, mübahisələrin həllinə çatmaq üçün çox sayda istifadəçi cəlb etmək əksər halda mübahisənin həllini mümkünsüz edə bilər. Unutmayın ki, bildirişin məqsədi mübahisələrin həlli prosesini yaxşılaşdırmaqdır, pozmaq deyil.
Təşviqat müəyyən bir ton, söz və ya niyyət ilə çatdırılan mesajı oxuyan insanı öz məqsədinə sövq etmək cəhdidir. Bu, konkret bir individual müzakirənin bir hissəsi kimi uyğun olsa da, bu cür mesajlarla müraciət etmək uyğun deyil.
Səs tayalamaq əvvəlcədən müəyyən edilmiş bir baxış bucağı və ya fikrə sahib olan və ya olduğu düşünülən istifadəçiləri xüsusilə seçərək onlara bildiriş göndərərək xəbərdar və beləliklə onları müzakirədə iştirak etməyə təşviq etməklə konsensusu öz fikrinizin lehinə çəkmək cəhdidir.
Əvvəlki bir mübahisənin yenidən nəzərdən keçirilməsi vəziyyətində (məsələn, hansısa məqalədəki müəyyən bir məzmun, SNS müzakirəsi və s. ilə bağlı müzakirələr konsensus olmadan, heç bir dəyişiklik olmadan nəticələndiyi halda) əvvəlki müzakirədə xüsusi bir baxış bucağını ifadə edən istifadəçilərə nisbətsiz sayda bildiriş göndərmək eyni şəkildə uyğun deyil.
Mübahisənin bütün "tərəf"lərini təmsil edən istifadəçiləri (məsələn, müəyyən bir mövzu ilə əlaqədar əvvəl keçirilmiş bir müzakirədə iştirak edən hər kəs) yeni müzakirə barədə xəbərdar etmək məqsədilə onların müzakirə səhifələrinə müvafiq bildiri yerləşdirmək müəyyən şərtlər daxilində uyğun ola bilər.
Müzakirə səhifəsi bildirişlərindən istifadə etməməyiniz üçün əhəmiyyətli bir səbəb olmadığı təqdirdə, Vikipediya daxilində verilən bildirişlərdən daha az şəffaf olduqlarından istifadəçiləri müəyyən bir müzakirədən xəbərdar etmək üçün e-poçt və ya digər Vikipediyadan kənar rabitə vasitəsindən istifadə tövsiyə edilmir. Xüsusi şərtlərdən asılı olaraq, bir qrup istifadəçiyə e-poçt vasitəsilə bildiriş göndərmək eyni mesajı eyni qrup insanlara onların müzakirə səhifələrində göndərməkdən daha mənfi qarşılanır.
Nisbətən təzəlikcə baş vermiş və açıq şəkildə destruktiv olan səs ovçuluğu halına ən təsirli cavab nəzakətli bir şəkildə səs ovçuluğundan məsul olan istifadəçinin və ya istifadəçilərin bildiriş göndərməsini dayandırmasını xahiş etməkdir. Əgər həmin əmələ yenidən davam edərlərsə, "inzibatçılara müraciət" səhifəsində onlardan şikayət edə bilərsiniz ki, bu da onların bloklanaraq fəaliyyətlərinin məhdudlaşdırılmasına gətirib çıxara bilər.
Konsensus əldə etmək prosesində uyğunsuz hesab edilən digər hərəkətlər üçün konsensus haqqında olan qaydaya nəzər yetirin. Səs ovçuluğuna əlavə olaraq, bu hərəkətlərə forum bazarlığı (istədiyiniz nəticəni əldə edənə qədər ardıcıl müzakirə səhifələrində müəyyən bir məsələni qaldırmaq), kuklalardan istifadə, "mitpappet"dən (ing. meatpuppet) istifadə (öz baxış bucağınız üçün saxta dəstək təsiri yaratmaq məqsədilə qeyri-real və ya həqiqi kənar iştirakçıları müzakirəyə cəlb etmək) və tendensiyalı fəaliyyət aiddir.
Vikipediya qaydaları və təlimatları | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
Məzmun |
| ||||||||
Davranış | |||||||||
Silmə |
| ||||||||
Qaydaların tətbiqi |
| ||||||||
lər |
| ||||||||
Mübahisələr |
| ||||||||
Layihə məzmunları |
| ||||||||
Səsvermə |
| ||||||||
VMF; |
| ||||||||