![]() Mesopotomiyanın və Şərqi Anadolunun Səfəvi hökmdarı I Abbas (1588–1629) tərəfindən ələ keçirilməsinə baxmayaraq, onun ölümündən sonra varisi müharibəni o qədər də uğurlu davam etdirə bilməmiş, 1639-cu ildə imzalanmış Qəsri Şirin sülh müqaviləsi ilə bu torpaqlar Osmanlıya verilmişdir. Çaldıran düzündə Osmanlı ordusu daha böyük və daha yaxşı silahlanmış vəziyyətdə idi. Osmanlı ordusunun sayı 60–100 min olmaqla birlikdə, güclü odlu silahla təchiz edilmişdi. Səfəvi ordusunun sayı 40–80 min arasında göstərilməklə birlikdə, odlu silaha malik deyildi. (Davamı...) |