. Love.az

Vikipediya Heftenin Secilmis Meqalesi 19 Hefte 2025 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Meqalesi 19 Hefte 2025
Valentin Qluşko — raket-kosmik texnikası sahəsində SSRİ mühəndisi və alimi. O, raket-kosmik texnikasının pionerlərindən biri, SSRİ-də maye yanacaqlı raket mühərriki istehsalının banisi olmuşdur.

Qluşko kosmik sistemlərin baş konstruktoru (1974-cü ildən), "Enerji — Buran" çoxdəfəlik raket-kosmik kompleksinin baş konstruktoru, SSRİ Elmlər Akademiyasının akademiki (1958; 1953-cü ildən müxbir üzv), "Lenin" mükafatı laureatı, iki dəfə SSRİ Dövlət mükafatı laureatı, iki dəfə Sosialist Əməyi Qəhrəmanı (1956, 1961) olmuşdur. O, SSRİ KP MK üzvü (1976–1989) idi.

1929–1934-cü illərdə QDL — OKB-yə rəhbərlik etmiş, onun rəhbərliyi altında dünyada ilk elektrotermik raket mühərrikinin təcrübi nümunələri, 1930-cu ildən isə çox sayda maye yanacaqlı raket mühərrikləri (MRM) yaradılmışdır. Valentin Qluşkonun konstruksiyası olan güclü MRM-lər SSRİ daşıyıcı raketlərin əksər birinci və ikinci pillələrində, eləcə də bir çox hərbi raketlərdə quraşdırılmışdır.

(Davamı...)

Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_məqaləsi/19._Həftə_2025&oldid=8130639"
LOVE.AZ