. Love.az

Vikipediya Heftenin Secilmis Meqalesi 27 Hefte 2024 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Meqalesi 27 Hefte 2024
Yevgeniya Medvedeva — fərdi proqramda çıxış edən rusiyalı xanım fiqurist. O, karyerası ərzində ISU Qran-Pri turnirlərində 10 dəfə mübarizə aparıb və bunların 5-də qızıl, 2-də gümüş və 1-də isə bürünc medala sahib olub. 2015-ci ildə ISU ABŞ Qran-Prisinin, 2016-cı ildə ISU Fransa Qran-Prisi və ISU Kanada Qran-Prisinin, 2017-ci ildə ISU Rusiya Qran-Prisi və ISU Yaponiya Qran-Prisinin qızıl medallarına sahib olub. Yevgeniya Medvedeva ISU Qran-Pri turnirlərinin Çin mərhələsi istisna olmaqla digər beş mərhələsində — ABŞ, Fransa, Kanada, Rusiya və Yaponiya mərhələlərinin qalibi olan azsaylı idmançılardan biridir.

Yevgeniya Medvedeva 2018-ci ildə Cənubi Koreyanın Pxençxan şəhərində baş tutan XXIII Qış Olimpiya Oyunlarında qazandığı uğurlara görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif edilib.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_məqaləsi/27._Həftə_2024&oldid=7687915"
LOVE.AZ