![]() Zeynəb Hümmətova həm də 2018, 2019, 2021 və 2022-ci illərdə dünya çempionatlarında mübarizə aparıb. 2022-ci ildə Sofiya şəhərində baş tutan 39-cu dünya çempionatında onun da təmsil olunduğu qrup tarixi nəticəyə imza atıb: Darya Sorokina, Güllü Ağalarzadə, Kamilla Əliyeva, Ləman Əlimuradova, Yelizaveta Luzan və Zeynəb Hümmətovadan ibarət qrup 3 lent / 2 topla turnirdə 30.750 balla turnirin bürünc medallarına sahib olub. Bu, Azərbaycan idmanı tarixində bədii gimnastların qrup turnirində dünya çempionatında əldə olunan ilk və yeganə medaldır. |