![]() Romada ilk lokallaşmış təqib imperator Neronun (54–68) dövründə baş vermişdir. Daha ümumiləşmiş təqiblər Mark Avrelinin (161–180) dövründə gerçəkləşmişdir. Yaranan sakitlikdən sonra təqiblərə imperatorlar Desi Trayan (249–251) və Trebonian Qall (251–253) tərəfindən davam edilmişdir. Desinin dövründə xristianların təqibi xüsusilə genişmiqyaslı olmuşdur. İmperator I Valerianın (253–260) dövründəki təqib onun İran–Roma müharibələri zamanı baş tutan Edessa döyüşündə Sasani imperiyasının şahənşahı I Şapur (240–270) tərəfindən əsir götürülməsi ilə sona çatmışdır. Onun xələfi Qallien (253–268) təqiblərə müvəqqəti olaraq son qoymuşdur. |