. Love.az

Vikipediya Heftenin Secilmis Meqalesi Sentyabr 2019 - Wikipedia - Love.az

Ana Səhifə - Vikipediya Heftenin Secilmis Meqalesi Sentyabr 2019

Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr


Bu gün 16 may 2025, Cümə (İlin 20. həftəsi); bu an saat 02:53 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

  • Seçilmiş məqalələr
  • Seçilmiş siyahılar
  • Seçilmiş portallar

Seçilmiş məqalə alətləri:

  • Həftənin seçilmiş məqaləsi
  • Həftənin yaxşı məqaləsi
  • Həftənin seçilmiş siyahısı
  • Seçilmiş məqalə şərtləri
  • Laboratoriya
  • Seçilmiş siyahı namizədləri
  • Seçilmiş məqalə namizədləri
Həmçinin bax
  • Vikipediya:Yaxşı məqalələr

36. Həftə
Esme üçün – məhəbbət və səfalətlə — ABŞ yazıçısı Cerom Selincerin ən çox tanınan hekayələrindən biri. İlk dəfə “The New Yorker” jurnalının 8 aprel 1950-ci il tarixində nəşr edilən nömrəsində nümayiş edilmişdir. Hekayədə II Dünya Müharibəsi əsnasında Avropada döyüşən Amerika baş serjantı İksdə yaranan ruhi özünüidarəetmə pozğunluqlarından, Esme ve Çarlz adlı iki ingilis bacı-qardaşının ona göstərdiyi sevgi nəticəsində sağalmasından və daxili rahatlıq əldə etməsindən bəhs edilir.

İkinci Dünya Müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarında ən çox tanınan və əsərləri bəyənilən yazıçılardan biri olan Selincerin bir çox əsərlərinin əsas fikri “Esme üçün – məhəbbət və səfalətlə” hekayəsinin mövzusu ilə oxşardır. Yazıçının əsərlərində bildirdiyi əsas fikir bu cürdür: “İstənilən bir şəxs məhəbbətsiz yaşaya bilməz.” Selincer Amerika ordusunda xidmət etdiyi və Normandiya əməliyyatında iştirak etdiyi üçün hekayə ilk dəfə nəşr olunanda əsərin avtobioqrafik hekayə olduğu iddiaları irəli sürüldü. Yazıçı "hekayəni müharibədə yaşadığı pis təcrübələr nəticəsində yazdığı" iddialarını rədd etdi.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


37. Həftə
Sevil — 1949–1952-ci illərdə yazılmış lirik-psixoloji dram operası. Operanın musiqisi Fikrət Əmirov, librettosu isə Cəfər Cabbarlının "Sevil" pyesi əsasında Tələt Əyyubov tərəfindən yazılmışdır. Operanın premyerası 25 dekabr 1953-cü il tarixində Azərbaycan Dövlət Opera və Balet Teatrında baş tutmuşdur.

Opera 1957-ci ilin nəşrində 4 pərdəli, 1962-ci ilin nəşrində 3 pərdəli, 1967-ci ilin nəşrində 3 pərdəli, 1976-cı ilin nəşrində 2 pərdəli, 1982-ci ilin nəşrində 3 pərdəli, 1987-ci ilin nəşrində 3 pərdəli olmuşdur. Əsər ilkin olaraq 4 pərdədə yazılmış, sonradan isə müəllif tərəfindən redaktə edilərək 3 və 2 pərdəli variantlara uyğunlaşdırılmışdır. Müasir mövzuya müraciət edən bəstəkar opera sənətinə şəhər məişətini, yeni ifadə vasitələri tələb edən yeni mühiti gətirmişdir.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


38. Həftə
Şeytan — İbrahimi dinlərdə insanı yoldan çıxararaq günah işləməyə və ya yalan danışmağa sövq edən varlıqdır. Xristianlıq və İslama görə o, təqva və gözəlliyə malik olmasına baxmayaraq Allaha qarşı üsyan etmiş və Cənnətdən qovulmuş, buna baxmayaraq Allah ona ardıcılları və çoxlu sayda əcinnələr ordusu üzərində hökm sürməyə icazə vermişdir. İudaizmdə şeytan daha çox Yetzer hara haqqında metafora, “şərə meyllilik” və ya Tanrının casusu kimi qəbul edilir.

Satana ilk dəfə Tanaxda qeyd edilir. Burada o, səmavi ittihamçı, Tanrının oğullarından biri və Yahveyə tabedir. O, səmavi məhkəmə zamanı yəhudi xalqını təqib edir, Yahve ardıcıllarının sadiqliyini yoxlayır və günahkarlara əziyyət verir. Əhdlər arası dövrdə, ehtimal ki, Zərdüştilikdə şər qüvvəni təmsil edən Əhrimənin təsiri ilə Satana, Tanrıya qarşı mübarizə aparan, pis xarakterlərə malik qəddar varlıq kimi təsvir edilməyə başlamışdır.

Apokrifal Yubileylər kitabında Yahve Şeytana (kitabda Mastema adlandırılır) hakimiyyət bəxş edərək, ona qovulmuş mələklər və onların ardıcıllarını idarə etmək, günahkarları cəzalandırmaq imkanı verir. Sinoptik İncillərdə Şeytan səhrada İsaya əziyyət verir və bu, xəstəlik və əziyyətin yaranmasının səbəbi hesab edilir.

(Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


39. Həftə
Səid Rüstəmov — Azərbaycan-sovet bəstəkarı, dirijoru, pedaqoqu. O, 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1949–1953), "Qafqazın müdafiəsi uğrunda" medalı laureatı (1946), "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı laureatı (1946), Stalin mükafatı laureatı (1951), "Qırmızı əmək bayrağı" ordeni laureatı (1959), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1938), Azərbaycan SSR xalq artisti (1957), Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (1935–1975), Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki mahnı və rəqs ansamblınının rəhbəri (1951) olmuşdur.

1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikomun) tar sinifinə qəbul edilmişdir. Musiqi texnikumunda not üzrə Üzeyir Hacıbəyovdan, muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs almışdır. 1926-ci ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. (Davamı...)

Arxiv – Digər seçilmiş məqalələr...


bax – müzakirə et – redaktə et – tarixçə


Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Vikipediya:Həftənin_seçilmiş_məqaləsi/sentyabr_2019&oldid=4587845"
LOVE.AZ